Aprel döyüşü və ya Dördgünlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə idi. Aprel döyüşləri “Dağlıq” Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlərdən biri idi. Bu şanlı döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, #Tərtər rayonunun #Talış kəndi ətrafındakı yüksəkliklər, #Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və #CocuqMərcanlı, #Goranboyrayonunun #Gülüstan kəndi, Tərtər rayonunun #Qazaxlar kəndi və Tərtər rayonunun #Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
: “Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür. Aprel döyüşlərindən başlanan, 44 günlük Vətən müharibəsi ilə tarixi qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib”.
Allah şəhidlırimizə rəhmət eləsin, yaralı və qazilərimizə şəfa versin!
Yaşasın bütöv, azad Azərbaycan!
Ülviyyə Həmzəyeva
Millət vəkili