Dövlət Departamenti Gürcüstanla bağlı tənqidi mövqeyini dəyişmədiyini bildirib...
Poliqon xəbər verir ki, ABŞ Dövlət Departamenti yeni administrasiyanın Gürcüstanla bağlı mövqeyini rəsmi şəkildə şərh edərək, Gürcüstan hakimiyyətindən ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün addımlar gözlədiklərini bildirib.
Dövlət Departamenti qeyd edib ki, onlar Amerikanın maraqlarını təmin etmək üçün Gürcüstana yanaşmasını qiymətləndirməyə davam edəcək.
“Birləşmiş Ştatlar Gürcüstan hökumətinin münasibətləri yaxşılaşdırılması ilə bağlı ata biləcəyi addımları açıq şəkildə ifadə edib”, deyə şərhdə vurğulanır.
“Gürcü Arzusu”nun antidemokratik hərəkətləri ilə bağlı suala cavab olaraq, Dövlət Departamentinin nümayəndəsi ABŞ-nin vitse-prezidenti Ceyms Vensin Münhendəki çıxışını xatırladıb və qeyd edib ki, “demokratik mandata senzura və ya rəqiblərin həbsi ilə nail olmaq mümkün deyil”.
“ABŞ 33 ildir ki, Gürcüstanın və gürcü xalqının tərəfdaşı olub və bu müddət ərzində Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün sadiq tərəfdarı olaraq çıxış edib”, deyə departamentin açıqlamasında qeyd edilir.
Poliqon.info