AZ

Lyayendən Trampa sərt REAKSİYA: “Lazım gələrsə...” - VİDEO

“Avropa İttifaqı lazım gələrsə, ABŞ-ın ticarət tariflərinə qarşı sərt cavab tədbirləri görəcək”.

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamenti üzvləri qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ Trampın qərarından təəssüflənir və ticarət maneələrini aradan qaldırmaq üçün danışıqlara başlamağı təklif edir:

“ABŞ tarifləri milyonlarla insana təsir edəcək qlobal iqtisadiyyata zərbədir. Avropa İttifaqının ABŞ-ın Aİ-yə qarşı ticarət tariflərinə cavab vermək üçün "güclü planı" var. Mütləq qisas almaq istəmirik. Amma lazım gələrsə, güclü cavab planımız var və ondan istifadə edəcəyik".

AK rəhbəri hələ də ABŞ tarifləri ilə bağlı məsələlərin danışıqlar yolu ilə həll ediləcəyinə ümid etdiyini vurğulayıb.

AFP agentliyi yazır ki, ABŞ prezidenti Donald Tramp aprelin 2-də bir sıra ölkələrə, o cümlədən Aİ dövlətlərinə qarşı yeni tarifləri elan edib və o, bunu ədalətsiz ticarət balanssızlığını aradan qaldırmaq üçün “Azadlıq günü” adlandırıb.

Tramp fevralın sonunda jurnalistlərə tarif fazilərinin 25% olacağını demişdi.

O, əlavə etmişdi ki, Avropa İttifaqı Birləşmiş Ştatların həyatını acınacaqlı etmək üçün yaradılıb.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp digər ölkələrlə yeni qarşılıqlı tariflərin tətbiq olunduğunu açıqlayıb.

Nəticədə ABŞ hökuməti Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək.

Bundan əlavə, oxşar tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya Respublikası (25%), Tayland (36%), Tayvan (32%), İsveçrə (31%), Yaponiya (24%) və digər ölkələrə də təsir edəcək.

Eyni zamanda ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% rüsum, Ukraynadan idxala 10% həcmində cavab gömrük rüsumları tətbiq edəcək.

25 faiz rüsum isə Bakı vaxtilə aprelin 3-də saat 08:00-dan etibarən qüvvəyə minib.


Bizim.Media

phrase_var_article.chosen
182
50
bizim.media

10phrase_var_article.sources