
Polşada səkkiz aylıq hamilə qadın kriminal “qəhrəmana” çevrilib.
Reyting.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat dərc edib.
Məlumata görə, polşalı qadın səkkiz aylıq hamilə olarkən iki bankı qarət edib və sonda həbsxanaya düşüb. 37 yaşlı Anna A. hamilə olarkən televizorda baxdığı qanqsterlər haqqında kriminal filmlərdən ilhamlanaraq 2024-cü ilin oktyabr və noyabr aylarında Lyublin bölgəsində iki bankı qarət edib.
V. QULİYEV