Ağdərə. Trend:
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqiyaslı abadlıq,quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, Ağdərə rayonunun Həsənriz kəndində yeni istifadəyə verilənpark doğma torpaqlarına köç edən sakinlərin istirahət məkanınaçevrilib.
Kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçünərazidə genişmiqiyaslı abadlıq işləri aparılıb. Parkda müxtəlif növhəmişəyaşıl ağaclar və gül kolları əkilib, ağaclar budanıb, yeniqazon örtüyü döşənib. Yaşıllıq sahələrinə qulluq göstərmək üçünsuvarma xətti də çəkilib.
Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudəvaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, müasirişiqlandırma sistemi qurulub,10 ədəd yeni skamyalar qoyulub.Uşaqlar üçün oyun əyləncə qurğuları montaj olunub.
Qeyd edək ki, Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub.İki mərhələdə buraya 50 ailə köç edib. Kəndə köç üçün 360 nəfərsiyahıya alınıb və bu proses mərhələli şəkildə davametdiriləcək.