Bakı. Trend:
FHN tərəfindən Gəncə şəhərində bəzi attraksionların istismarıdayandırılıb.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərinTəhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyisənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunmasıistiqamətində səlahiyyətləri daxilində zəruri tədbirləringörülməsini davam etdirir.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhərininYeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdisahibkar Məmmədov Elnur Cəfər oğluna məxsus attraksionlarda planüzrə yoxlama aparılıb.
"Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçüntəhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, parkda fəaliyyət göstərən 20 ədəd attraksionuntorpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərinizolyasiyalarının müqavimətlərinin ölçülmədiyi müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkünolmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığıtəhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyinəməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradanqaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdimedilib",- deyə məlumatda qeyd edilib.