AZ

Trampın Kanadaya tarif planı Senatda əngəllənib

BAKI, TurkicWorld

ABŞ Senatı Prezident Donald Trampın Kanadaya qarşı tətbiq etdiyi yeni tarifləri dayandıran qanun layihəsini qəbul edib.

TurkicWorld xəbər verir ki, qanun layihəsi Senatda 51-48 səs çoxluğu ilə təsdiqlənərək Nümayəndələr Palatasına göndərilib.

Senatın bu qərarı Tramp administrasiyasının genişmiqyaslı yeni tariflər toplusunu elan etməsindən bir neçə saat sonra verilib. Xüsusilə, dörd respublikaçı senator demokratlarla əməkdaşlıq edərək qanunun qəbul edilməsinə səs verib.

Qanun layihəsi Trampın yanvarın 22-də elan etdiyi milli fövqəladə vəziyyətə son qoymağı hədəfləyir. Administrasiya bu addımı Kanada, Meksika və Çindən ölümcül narkotik fentanilin qaçaqmalçılığı ilə əlaqələndirirdi. Lakin qanunvericilər tariflərin iqtisadi təsirlərini əsas gətirərək Trampın qərarına qarşı çıxıblar.

Qeyd edək ki, qanun layihəsinin növbəti mərhələdə Nümayəndələr Palatasında dondurulacağı gözlənilir. Bu isə Tramp administrasiyasının Kanada ilə ticarət siyasətindəki gərginliyini artıracaq.

Seçilən
103
50
turkic.world

10Mənbələr