AZ

7 aylıq həsrəti sona çatdı

Mark-Andre ter Ştegen ilə bağlı sevindirici xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın uzun müddət zədəli olan qapıçısının yaşıl meydana 7 aylıq həsrəti sona çatıb.

“Diario Sport”un yaydığı xəbərə görə, almaniyalı futbolçu artıq məşqlərə başlayıb. O, komandanın ümumi məşqlərində də iştirak edib. Ter Ştegenin aprelin sonuna kimi oynamağa hazır olacağı gözlənilir.

Xatırladaq ki, 32 yaşlı qapıçı ötən ilin sentyabrında dizindən əməliyyat edilmişdi. O, bu mövsüm La Liqada 6 oyun keçirib.

Seçilən
38
football-plus.az

1Mənbələr