Gəncədə bank kartlarından oğurluq edən şəxs saxlanılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 16.200 manat pulu onlayn yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Kənan Bayramzadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu