AZ

SHXÇDX rəisi Sabirabadda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 17 aprel 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Poliqon”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 12 aprel 2025-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Seçilən
127
poliqon.az

1Mənbələr