"Hazırda hər bir ölkəyə tövsiyəm budur: qisas almayın. Rahat olun, qəbul edin, görək necə olacaq".
Herbiand.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Fox News telekanalına müsahibəsində ölkələri ABŞ-ın yeni tariflərinə cavab tədbirlərindən çəkinməyə çağırırkən belə deyib.
Bessent qeyd edib ki, cavab tədbirləri görülərsə, vəziyyət daha da gərginləşə bilər.
Bundan əvvəl məlum olub ki, Polşanın baş naziri Donald Tusk Avropa İttifaqını ABŞ-ın yeni ticarət tariflərinə adekvat reaksiya verməyə çağırıb.