Bakı. Trend:
Dünən işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndiərazisində Ağdam rayon sakini minaya düşərək xəsarət alıb. İkinciQarabağ müharibəsindən sonra 387 Azərbaycan vətəndaşı minalarınqurbanı olub. Ermənistanın ölkəmizə qarşı mina terroru davamedir.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı,siyasi təhlilçi Aqşin Kərimov Trend-ə açıqlamasındabildirib ki, mina problemi Ermənistanın region üçün buraxdığıtəhlükəli mirasdır və insan həyatı, infrasrukturun qurulmasındaciddi risklər yaradır.
"Basdırılmış minalara qarşı mübarizə kollektiv səy tələb edir vəbu xüsusda beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqləriartmalı, hətta ona sanksiya tətbiq edilməlidir.Çünki Azərbaycanınminatəmizləmə siyasətinə həlledici dəstək forması Ermənistana qarşıbeynəlxalq cəza mexanizmlərinin işə salınmasıdır. Ancaq bu müşahidəolunmur, hərçənd ki, Azərbaycanın minatəmizləmə prosesinəbeynəlxalq dəstək mexanizmləri də formalaşır. Azərbaycana minatəmizlənməsi üçün qabaqcıl texnologiyaların verilməsi həminmexanizmin tərkib hissəsidir", - o qeyd edib.
A.Kərimov vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərininsülh üzrə dayanıqlı başa çatması üçün həll olunmalı problemlərdənbiri də mina məsələsidir:
"Ermənistan mina basıdırılmış ərazilərin dəqiq xəritələriniAzərbaycan verməli və müharibədə törətdiyi mina ciayətlərininməsuliyyətini etiraf etməlidir.
Bu, sülh gündəmində Ermənistanın edə biləcəyi orijinalyanaşmalardan biri ola bilər. Eyni zamanda, İrəvan təhlükəsizlikarxitekturasını pozmaq üçün həyata keçirdiyi mina terroruna görəkompensasiyaya razı olmalıdır".
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimaiBirliyinin sədri Hafiz Səfixanov isə Trend-ə açıqlamasındabildirib ki, Ermənistanın Azərbaycana qarşı mina terroru, xüsusəndə müharibə sonrası dövrdə, hələ də ciddi bir problem olaraqqalır.
"Azərbaycan hökuməti üçü minaların təmizlənməsi prioritetməsələdir. Ərazilərimizi minadan təmizləmək üçün beynəlxalq dəstəkazdır. Belə ki, Azərbaycanda bu fəaliyyətə sərf edilən vəsaitin96%-i dövlət büdcəmiz hesabına formalaşır".
H.Səfixanov qeyd edib ki, vətəndaşlarımız üçün minalarla bağlımaarifləndirmə tədbirləri də keçirilir.
"Minaların yerləşdiyi ərazilərdə hər hansı bir yanlış addımciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən, insanların bu barədədüzgün məlumatlandırılması, onlara təhlükəsizlik qaydaları barədətəlimat verilməsi həyati əhəmiyyət kəsb edir.
Minalanmış əraziləri tanımaq və oradan uzaq durmaq əsasqaydalardan biridir. Maarifləndirmə və təlimatlar həm də psixolojimüdafiə yaratmaq üçün əhəmiyyətlidir. İnsanlar təhlikə altındaolduqda, düzgün məlumat və təlimatla daha etibarlı davranışsərgiləyə bilərlər. Bu, həm insanların həyatını qorumağa, həm dəcəmiyyətin ümumi təhlükəsizliyini təmin etməyə kömək edir",- deyə ovurğulayıb.
Qeyd edək ki, Ermənistan tərəfindən qəsdən basdırılmış minalarAzərbaycanın mülki əhalisinin təhlükəsizliyini və rifahını təhlükəaltına almaqda davam edir. Dünən Ağdamda daha bir mülki şəxs minapartlayışının qurbanı olub. 2020-ci il müharibəsinin bitməsindənindiyədək minalarla çirklənmə nəticəsində ümumilikdə 387azərbaycanlı həlak olub və ya ağır yaralanıb.