AZ

Bahalı maşınla “Hökumət məmurlarına” konsert verən sürücü

Paytaxtın Üzeyir Hacıbəyov küçəsində qaydaları kobud şəkildə pozan sürücü görüntülənib. AzPost xəbər verir ki, ağ rəngli “Hummer” markalı avtomobilin sürücüsü musiqiyə yüksək səs verərək maşını idarə edir. Hadisə 2 aprel, saat 18:28 raddələrində qeydə alınıb.

Videonun çəkildiyi yerdən avtomobilə qədər təxminən 100 metrdən çox məsafə olduğunu nəzərə alsaq musiqinin səsinin hansı yüksəklikdə olduğu aydınlaşır

Qeyd edək ki, ərazidə Hökumət evi yerləşir. Bu cür yüksək səslə musiqi həm sürücüləri, həm ətrafdakı sakinləri, həm də hökumət məmurlarını narahat edir.

Sürücünün hansı məqsədlə “konsert” verdiyini isə yənin ki, müvafiq dövlət qurumları araşdırar.

Xatırladaq ki, avtomobildə yüksək səslə musiqi qoymaq əhalinin dincliyini nümayişkarənə şəkildə pozur. Bu da müvafiq olaraq avtoxuliqanlıq kimi dəyərləndirilə bilər.

Seçilən
12
azpost.info

1Mənbələr