AZ

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir

Rusiya idxal rüsumlarına məruz qalan ölkələr siyahısına daxil edilməyib, lakin o, yeni sanksiyalarla üzləşə bilər...

Poliqon xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karoline Levitt bildirib.

“Mətbuat katibi Caroline Levitt çərşənbə günü bildirib ki, Rusiya siyahıya daxil edilməyib, çünki ABŞ sanksiyaları artıq hər hansı bir mənalı ticarətin qarşısını alır”, deyə “Axios” portalı yazır.

Levitt həmçinin portala açıqlamasında qeyd edib ki, Rusiya h”ələ də əlavə sərt sanksiyalarla” üzləşə bilər.

Ağ Evin mətbuat katibi bildirib ki, Kuba, Belarus və Şimali Koreya da idxal rüsumları tətbiq edilən ölkələr siyahısına daxil edilməyib, çünki onlara qarşı mövcud tariflər və sanksiyalar artıq çox yüksəkdir.

Qeyd edək ki, prezident Donald Tramp çərşənbə günü ABŞ-nin xarici ticarət tərəfdaşlarına cavab rüsumları tətbiq etmək barədə sənəd imzalayıb.

Poliqon.info

Seçilən
56
45
poliqon.info

10Mənbələr