İsrailin Qəzza zolağının cənubuna endirdiyi hava zərbələri nəticəsində azı 17 fələstinli həlak olub. Bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.
Xan Yunisin mərkəzi ərazilərinin atəşə tutulması nəticəsində azı 14 nəfər həlak olub. Onun şərq və qərb ətraflarında qaçqın çadırlarına endirilən hava zərbələri nəticəsində biri uşaq olmaqla daha üç nəfər həlak olub.
Bundan əlavə, telekanal Qəzza şəhərinin cənub-şərq məhəllələri və ətraf rayonların kütləvi atəşə tutulması barədə xəbər verir, lakin ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur.