AZ

Maşını dayanacaqda saxlayıb yoxa çıxan sürücü avtobuslara çətinlik yaratdı- FOTO

Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkillər göndərib. Belə ki, 77-YG-247 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü avtobus dayanacağını zəbt edib.  Şikayətçinin sözlərinə görə, qayda pozan sürücü maşını uzun müddət ərazidə saxlayıb və özü hadisə yerində olmayıb. Nəticədə avtobus sürücüləri zolağa daxil ola bilmədikləri üçün dayanacaqda kənarda saxlayaraq sərnişin mindirib-düşürüblər. 

Qeyd edək ki, qanunvericiliyə əsasən sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr kənarda saxlaya bilərlər. 

Nərmin

 

FOTO QALEREYA
Seçilən
39
avtosfer.az

1Mənbələr