AZ

Azərbaycan banklarının faiz gəlirləri bir ay ərzində 2 dəfə artıb

2025-cü ilin martın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 752,6 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici  fevralın 1-nə olan dövr ilə müqayisədə 375,4 milyon manat və ya 2 dəfə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 110,9 milyon manat və ya 17,3% çoxdur.

2024-cü ilin  martın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 641,7 milyon manat olub.

Bu ilin 1 fevral vəziyyətinə bu göstərici 377,2 milyon manat təşkil edib.

Seçilən
12
39
fed.az

10Mənbələr