AZ

NATO Trampın tariflərinə reaksiyaverdi

NATO-nun baş katibi Mark Rutte, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlarla bağlı Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək sammitində iqtisadi problemləri müzakirə etməyəcəklərini açıqlayıb.

Redaktor.az bu barədə TASS-a istinadla məlumat verir.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu Rusiyadan gələn təhlükələr və bu təhlükələrə qarşı müdafiə tədbirləridir.

Rutte, “Biz ərazimizin Rusiyadan qorunmasını və uzunmüddətli təhdidləri müzakirə edirik,” – deyə bildirib. NATO-nun baş katibi, ABŞ-nin Aİ-dən idxal etdiyi məhsullara tətbiq etdiyi tariflərin Avropanın müdafiə siyasətinə təsir etməyəcəyini vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
51
redaktor.az

1Mənbələr