AZ

Ağ ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir

Bakı, 3 aprel, AZƏRTAC

Rusiya idxal rüsumlarının tətbiq olunduğu ölkələr siyahısına daxil edilməyib, lakin Moskvanın yeni sanksiyalarla üzləşməsi mümkündür.

AZƏRTAC xəbər verir ki, Ağ evin mətbuat katibi Karolayn Levitt bu barədə “Axios” portalına müsahibəsində deyib.

“Rusiya siyahıya daxil edilməyib, çünki ABŞ sanksiyaları artıq istənilən əhəmiyyətli ticarətə mane olur. Lakin Moskva yenə də “əlavə sərt sanksiyalarla” üzləşə bilər”, - deyə məlumatda bildirilir.

Karolayn Levitt, həmçinin qeyd edib ki, Kuba, Belarus və Şimali Koreya da idxal rüsumları tətbiq edilən ölkələr siyahısında yoxdur, çünki onlara qarşı mövcud tariflər və sanksiyalar çox yüksəkdir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Vaşinqtonun xarici ticarət tərəfdaşlarına cavab rüsumlarının tətbiqi ilə bağlı qərar qəbul edib.

 

Seçilən
13
45
azertag.az

10Mənbələr