AZ

Bakı Fond Birjasının dövriyyəsi repo əməliyyatlarınınhesabına kəskin artıb

2025-ci ilin ilk 3 ayında (yanvar-mart) Bakı Fond Birjasında (BFB) ticarət dövriyyəsinin həcmi 17 milyard 839 milyon 886 min manat təşkil edib.

Marja.az Birjaya istinadən xəbər verir ki, ticarət dövriyyəsinin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artıb.

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 548 milyon 979,9 min manat təşkil etmişdi. 

BFB-nin ticarət dövriyyəsinin kəskin artması repo əməliyyatlarının həcminin dəfələrlə artaraq 16 milyard 711 milyon 194 min manata olması ilə əlaqədardır. 

Seçilən
79
marja.az

1Mənbələr