AZ

Lüks maşının lyuku bağlanmadı, sürücü yağışdan qorunmaq üçün çətir açdı- ANBAAN VİDEO

Türkiyənin Bursa şəhərinin mərkəzində üstü açıq lüks idman maşını ilə hərəkət edən sürücü yağış yağmağa başlayanda lyuku bağlamaq əvəzinə çətir açaraq yoluna davam edib.

AzPost İHA-ya istinadla xəbər verir ki, sürücü avtomobilinin lyukunu bağlaya bilmədiyi üçün sərnişin oturacaqda əyləşən şəxs yağışdan qorunmaq üçün fərqli üsula əl atıb. Çətiri açaraq sürücünün və özünün başına tutub. Sürücünün bu hərəkətinə bəzi vətəndaşlar gülüşlə reaksiya verərkən, bəziləri də mobil telefon kameraları ilə həmin anları lentə alıb.

Seçilən
23
azpost.info

1Mənbələr