“Barselona” “Lill”in kosovalı futbolçusu Edon Zeqrovanı heyətinə qatmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi mövsümün sonunda “Lill”ə rəsmi təklif göndərəcək. Kosovalı futbolçunun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdi.
Oyunçun dəyəri Transfermarkt portalına görə 25 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Edon bu mövsüm çıxış etdiyi 21 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.