Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 11-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək MDB xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
“Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya XİN başçısı Sergey Lavrov aprelin 11-də Almatıda keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək”, - diplomat vurğulayıb.
O bildirib ki, XİN başçıları aktual beynəlxalq və regional mövzular barədə fikir mübadiləsi aparacaq.