AZ

Aprelin 26-da Türkmənistanda Axal-Təkə atlarının gözəllik yarışı keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov aprelin 26-da Arkadağ şəhərində Axal-Təkə atlarının beynəlxalq gözəllik yarışmasının keçirilməsinə qərar verib.

Hafta.az-ın yazdığına görə, gözəllik yarışması "Türkmən xalqının milli sərvəti və qüruru olan "cənnət" atlarının dünya şöhrətini daha da artırmaq məqsədilə" və Türkmən Atı Milli Günü münasibətilə keçiriləcək.

Dövlət başçısının qərarına əsasən, rəssamlar, heykəltəraşlar, xalçaçılar, zərgərlər, fotoqraflar, naşirlər, dizaynerlər və qrafik dizaynerlər arasında təsviri və dekorativ sənət əsərlərində, çap materiallarında, fotoşəkillərdə və televiziya kanallarında Axal-Təkə atlarının gözəlliyinin bədii təcəssümü üzrə müsabiqələrin təşkili nəzərdə tutulub.

Müsabiqələrin münsiflər heyətinin üzvləri də bu fərmana uyğun olaraq müəyyən ediləcək.

phrase_var_article.chosen
197
hafta.az

1phrase_var_article.sources