1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Yaxın zamanlarda Ağdamın Xıdırlı və Kəngərli kəndlərinə köç planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AzTV-yə müsahibə verib.
O bildirib ki, Xıdırlı kəndində 719, Kəngərlidə isə 292 fərdi yaşayış ev tikilib.
Emin Hüseynov qeyd edib ki, Ağdam şəhərində beş məhəllə nəzərdə tutulub və o məhəllələrdən birinin tikintisinə artıq başlanılıb:
"Ağdam şəhərinə ilk köçü oktyabr-noyabr aylarına planlaşdırırıq".