AZ

Çilov Adası – Heydər Əliyev Adası: Tarixin, Dövlətçiliyin və Milli Birliyin Yeni Simvolu » AzadMedia.az


Əli Bədəlov,
BDU-bun "Beynəxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin tələbəsi


Azərbaycanın müasir tarixində Heydər Əliyevin rolu əvəzolunmazdır. O, ölkəmizi müstəqillik yolunda inamla irəlilədən, güclü dövlətçilik ənənələrini formalaşdıran və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıran tarixi liderdir. Onun adı xalqımızın şüurunda qurucu, xilaskar və uzaqgörən bir şəxsiyyət kimi əbədiləşmişdir. Bu baxımdan, Çilov Adasının Heydər Əliyev adını daşıması, həm milli həm də strateji əhəmiyyətə malik bir təşəbbüsdür.

Heydər Əliyevin İrsi və Xəzər Regionunun Strateji Əhəmiyyətindən danışsaq,Çilov Adası Azərbaycanın Xəzər dənizindəki ən mühüm adalarından biridir. Bu ada iqtisadi, ekoloji və geosiyasi baxımdan Azərbaycanın enerji siyasətinin, dəniz sərhədlərinin və milli maraqlarının qorunmasında xüsusi rol oynayır. Xəzər dənizinin mərkəzində yerləşən bu ada, təkcə təbii sərvətləri ilə deyil, həm də Azərbaycanın dəniz təhlükəsizliyi və enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji mövqeyə malikdir.

Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün enerji sahəsində regionun lider ölkəsinə çevrilmişdir. Onun neft strategiyası, xüsusilə də "Əsrin müqaviləsi" və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası, Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymuşdur. Bu baxımdan, Heydər Əliyevin adını daşıyan bir adanın Xəzər dənizində yerləşməsi, onun ölkəmiz üçün gördüyü işlərin coğrafi və tarixi simvolizmi baxımından xüsusi əhəmiyyət daşıyacaqdır.

Heydər Əliyev adı təkcə siyasi liderlik anlamına gəlmir – o, eyni zamanda Azərbaycanın milli birliyinin, güclü dövlətçiliyinin və sabit inkişafının rəmzidir. Çilov Adasının Heydər Əliyev Adası adlandırılması, xalqımızın liderinə olan hörmətinin ifadəsi olmaqla yanaşı, onun qurduğu güclü Azərbaycanın gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Tarixi Qərarın Vaxtıdır!
Çilov Adasının "Heydər Əliyev Adası" adlandırılması milli tariximizə, dövlətçiliyimizə və gələcək nəsillərə qoyulacaq tarixi mirasın bir hissəsi olacaqdır. Bu qərar, həm Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərə dəyərli bir hörmət nümunəsi, həm də ölkəmizin gələcək inkişaf yolunda milli kimliyimizi möhkəmləndirən vacib addım olacaqdır.

Azərbaycanın gücü onun liderlərinin mirasını yaşatmağındadır! Bu təşəbbüsü dəstəkləyək və Heydər Əliyev adını əbədiləşdirən tarixi qərarın şahidi olaq!
Seçilən
111
1
azadmedia.az

2Mənbələr