Xırdalan şəhərində qaydaları kobud şəkildə pozan taksi sürücüsü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Yango" şirkətinə məxsus 77-YR-559 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan gələn maşınların yoluna çıxıb. Bu azmış kimi, onların hərəkətini dayandıraraq sola dönüb.
"Yol hərəkəti haqqında" qanuna əsasən, sola dönən sürücü qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.
Fərid