AZ

Bu ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxacaq.

“Qafqazinfo” “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin administrasiyasının rəhbəri Qergeli Qulyas bildirib.

Qulyasın sözlərinə görə, Macarıstan konstitusiyasına və beynəlxalq hüquqi bazaya uyğun olaraq səlahiyyətlərə xitam verilməsi proseduru bu gün Nazirlər Kabinetinin təşəbbüsü ilə başlayacaq. Müvafiq qərarı Macarıstan hökuməti qəbul edib.

Qeyd edək ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu BCM-nin orderinə baxmayaraq Macarıstana səfər edib. 21 noyabr 2024-cü ildə məhkəmə onun haqqında həbs qərarı çıxarıb.

Seçilən
43
qafqazinfo.az

1Mənbələr