AZ

Fevralda fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

Bakı. Trend:

Cari ilin fevral ayının sonuna Azərbaycanda fəaliyyət göstərənbanklarda fiziki şəxslərin əmanətlərinin həcmi 14,525 milyard manatolub.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə¸ fiziki şəxslərin əmanətlərinin 9,649 milyardmanatı (66.4%-i) milli valyutada, 4,876 milyard manatı (33.6%-i)xarici valyutadadır.

Fiziki şəxslərin əmanət portfelinin 8,804 milyard manatı(60.6%-i) müddətli əmanətlərdən ibarətdir.

Fiziki şəxslərin müddətli əmanətləri fevral ayında 0.7% və ya57.8 milyon manat artıb.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin fevralayında ötən ilin müvafiq dövrünə nisbətən 2.3 faiz bəndi azalaraq33% təşkil edib.

Seçilən
25
az.trend.az

1Mənbələr