AZ

Rusiyadan qovulan miqrantların sayı artıb - Nazir

Rusiyadan qovulan miqrantların və girişin qadağan edilməsi ilə bağlı qəbul edilən qərarlar son 1 ildə 1,5 dəfə artıb.

Yenisabah.az Ənterfax-a istinadla xəbər verir ki, bunu daxili işlər naziri Vladimir Kolokoltsev bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə cinayət məsuliyyətinə miqrantların sayı 20% azalıb. 

Aprelin 3-də Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayıb. Xüsusilə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı Xidmətinin yaradılması haqqında fərman verilib. Yeni xidmətin rəhbəri vəzifəsinə son vaxtlara qədər Rusiya Federasiyası baş prokurorunun Cənub Federal Dairəsi üzrə müavini vəzifəsində çalışan (2017-ci ildən) Andrey Kikot təyin edilib.


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr