AZ

Hakimi təhqir və təhdid etdiklərinə görə cəzalandırıldılar

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi 2-ci liqada mübarizə aparan "Haypers Quba"nın prezidenti Ayaz Abdullayevi və məşqçisi Rəsul Babazadəni cəzalandırıb.

QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib. 

2-ci liqanın 19-cu turunun “Ağdaş”la oyunu bitdikdən sonra “Haypers Quba”nın prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb. “Haypers Quba” 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmçinin eyni görüş başa çatdıqdan sonra “Haypers Quba”nın məşqçisi Rəsul Babazadə meydana daxil olaraq hakimi hədələyib. O, bu səbəbdən 2 oyun cəzalandırılıb. Klub isə 100 manat cərimə edilib.

Qeyd edək ki, "Haypers Quba" - "Ağdaş" görüşü 3:3 hesabı ilə yekunlaşıb.

Seçilən
112
4
teleqraf.com

10Mənbələr