“Sabah”ın məşqçisi Aleksey Antonyuk cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
O, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə matçında etdiyi hərəkətə görə cəza alıb.
Mütəxəssis görüşün 90+3-cü dəqiqəsində hakimləri təhqir edib. Məşqçi bu səbəbdən 3-ü şərti olmaqla 5 oyun cəzalanıb.
Sınaq müddəti 3 ay təyin edilib. “Sabah” 4000 manat cərimələnib.
Azərbaycan FİFA reytinqində geriləyib
"Sabah"ın yay planı: Rusiyadan transfer
"Sabah"dan 40-cı qol, 5-ci səfər qələbəsi
“Qarabağ” Azərbaycan Kubokunda 75-ci səfər oyununu keçirib
“Araz-Naxçıvan”dan yubiley qolu