Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxmaq barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, cümə axşamı başlanacaq prosedur haqda Macarıstan Baş Nazirinin ofisinin rəhbəri Qergey Quyyaş danışıb.
"Hökumət Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarına gəlib. Konstitusiyaya və beynəlxalq hüquqi çərçivəyə uyğun olaraq səlahiyyətlərə xitam verilməsi proseduru cümə axşamı hökumətin təşəbbüsü ilə başlayacaq", - deyə Quyyas bildirib.
Adəm