AZ

Bu ölkədə zibil süni intellekt vasitəsilə təmizlənəcək

Rusiyada su anbarlarının sahillərindəki zibillərin təmizlənməsi üçün süni intellektdən istifadə ediləcək.

Herbiand.az bildirir ki, bu barədə Mash Telegram kanalı xəbər verib.

Texnologiyadan ətraf mühitə nəzarət xidmətləri və əlçatmaz yerlərdə işləmək üçün könüllülər istifadə edə biləcəklər. Sistem Uzaq Şərqdə xüsusi mühafizə olunan təbiət ərazisi olan Kronotski Dövlət Təbiət Qoruğunun ərazisində sınaqdan keçirilib. Sistem sahilin aerofotoşəkillərini təhlil edib və zibilləri altı növə ayırıb: balıq torları, dəmir, rezin, iri plastik, beton və taxta. Təsnifat dəqiqliyi 80 faizdən yuxarı olub. Süni intellektdən istifadə beş ton tullantıların ənənəvi yığılmadan dörd dəfə tez başa gəlməyə kömək edib.

Texnologiyanın Uzaq Şərq və Arktikada tətbiqi planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
42
herbiand.az

1Mənbələr