AZ

Qonur ayıları güllələmək qərarı verdilər

Slovakiya hökuməti mərkəzi Slovakiyada ayı hücumunda bir nəfərin öldürülməsindən sonra qonur ayıların təxminən dörddə birini güllələmək planını qəbul edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Baş nazir Robert Fikonun rəhbərlik etdiyi hökumət kabinet iclasından sonra verdiyi açıqlamada ölkədə təxmin edilən 1300 qonur ayının 350-nin öldürüləcəyini açıqlayıb. 

Qərarın ayı hücumlarının artması səbəbindən ictimaiyyətin təhlükəsizliyi üçün verildiyi bildirilib.

Baş nazir, insanların meşəyə girməkdən qorxduğu bir ölkədə yaşaya bilmərik deyib.

Seçilən
20
operativmm.az

1Mənbələr