AZ

Bu ölkə Ukraynaya yardım ayırır

Danimarka hakimiyyəti Ukraynaya 6,7 ​​milyard Danimarka kronu (987 milyon dollar) dəyərində hərbi yardım paketi ayırır .   Manset.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yardım Ukraynanın hava hücumundan müdafiə və hava qüvvələrinin gücləndirilməsinə yönələcək.

2024-cü ildə Danimarka və Ukrayna on illik təhlükəsizlik sazişi imzalayıb. Danimarka səlahiyyətliləri vəsaitin Danimarkanın Ukraynaya yardım fondundan ayrılacağını bildirib və o zaman bu vəsaitin 69,1 milyard kron (10 milyard dollar) olduğu bildirilir.  Vəsaitlər həmçinin dronların və İT infrastrukturunun dəstəklənməsinə yönəldiləcək.

Seçilən
32
1
manset.az

2Mənbələr