AZ

Bu ölkə Ukrayna üçün 970 milyon dollar ayırdı

Danimarka Ukraynaya 2025-2027-ci illər üçün 6,7 milyard kron (970 milyon dollar) məbləğində iyirmi beşinci yardım paketini təqdim edəcək.

Axar.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

“25-ci yardım paketi ilə biz həm qısa, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstəyimizi vurğulayırıq”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ayrılan vəsait hava hücumundan müdafiə sistemlərinin, artilleriyanın alınması və Ukrayna Hərbi Hava Qüvvələrinə dəstək üçün istifadə olunacaq.

Seçilən
74
2
axar.az

3Mənbələr