AZ

Ucar və Kürdəmir komandaları yarışlardan kənarlaşdırılıb

AFFA iki komandanı Azərbaycan çempionatından kənarlaşdırıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı İntizam Komitəsi verib.

U-10 Liqasında keçirilməli olan “Lokomotiv” (Ucar) – “Şamaxı” oyunu nominal meydan sahibləri təyin edilən vaxtda matça gəlmədiyi üçün baş tutmayıb.

Ucar komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. “Lokomotiv” mövsümdəı 3-cü dəfə oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.

U-10 Liqasında keçirilməli olan “Çinar” (Göyçay) – “Kürdəmir” qarşılaşması isə nominal qonaqlar təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmayıb. “Kürdəmir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə yaşandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.

İdman.biz

Seçilən
75
idman.biz

1Mənbələr