"Liverpul"un qapıçısı Alisson Beker növbəti oyunda da komandasına kömək edə bilməyəcək.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı qolkiper millinin düşərgəsində olarkən beyin sarsıntısı keçirib.
İngiltərə Premyer Liqasının 30-cu turunda "Everton"la matçda meydana çıxmayan qapıçı "Fulhem"lə qarşıdan gələn oyunu da buraxacaq. "Fulhem" - "Liverpul" matçı aprelin 6-da keçiriləcək.
Qeyd edək ki, Alisson Beker bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 28 matçın 12-də qapısını toxunulmaz saxlayıb.