İstanbul Prokurorluğu tərəfindən boykot çağırışları ilə bağlı aparılan əməliyyatlar çərçivəsində 11 nəfər saxlanlıb.
Kult.az xəbər verir ki, saxlanılan şəxslər arasında Türkiyənin tanınmış aktyoru Cem İgid Üzümoğlu da var.
Saxlanılan şəxslər “İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayəti ilə ittiham olunurlar.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun həbsindən sonra CHP sədri Özgür Özəl tərəfindən aprelin 2-də ölkə iqtisadiyyatının dayandırılması ilə bağlı boykot çağırışı edilib.