AZ

Rusiya xarici işlər nazirinin müavini: Ermənistan eyni vaxtda Aİİ və Aİ-nin üzvü ola bilməz

Moskva, 3 aprel, AZƏRTAC

Ermənistan eyni vaxtda Aİİ və Aİ-nin üzvü ola bilməz.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

O, Ermənistan parlamentinin ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qəbul etdiyi qanun layihəsini şərh edərkən qeyd edib: “Biz əminik ki, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı kimi bir-birinə zidd olan iki assosiasiyada eyni vaxtda olmaq mümkün deyil”.

M.Qaluzinin fikrincə, Ermənistan üçün bu iki variantdan hansının daha yaxşı olması ilə bağlı qərarı rəsmi İrəvan verməlidir.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
79
azertag.az

1Mənbələr