Bakı. Trend:
Nardaran qəsəbəsində qaz kəsilib.
Trendxəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində qaz xəttindəaşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 03.04.2025-ciil saat 12:26-dan etibarən qaz təchizatı dayandırılıb.
"Təmir-bərpa işləri görülür. Qaz təchizatı dayandırılan müddətdəNardaran qəsəbəsinin bir hissəsində istehlakçıların qaztəchizatında müvəqqəti fasilə yaranıb",- deyə məlumatda qeydedilib.