AZ

Ağdamda Qarabağ münaqişəsinin ilk şəhidlərindən olan Bəxtiyar Quliyevin anım tədbiri keçirilib (FOTO)

Ağdam. Trend:

Qarabağ münaqişəsinin ilk iki şəhidindən biri – BəxtiyarQuliyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

Trendxəbər verir ki, o, 1993-cü ildən sonra ilk dəfə doğma yurdundaanılıb.

Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndində təşkil olunanmərasimdə şəhidin doğmaları ilə yanaşı, ictimaiyyət nümayəndələri,müharibə iştirakçıları və bir qrup kənd sakini iştirak edib. Tədbiriştirakçıları onun doğulduğu kənd qəbiristanlığındakı anım məzarınıziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Çıxışlar zamanıBəxtiyar Quliyev haqqında geniş söhbət açılıb.

Ermənilərin Qarabağda torpaq iddialarına başlamasına görə1988-ci ildə Ağdamdan Əsgərana təşkil olunan dinc yürüş zamanıermənilər tərəfindən qətlə yetirilən Əli Hacıyevlə birlikdə şəhidolan 16 yaşlı Bəxtiyarın doğmaları qardaşlarını doğma yurddaanmağın qürurlu hiss olduğunu bildiriblər.

Qeyd edək ki, Bəxtiyar Quliyevin məzarı doğulduğu Ağdamrayonunun işğaldan azad edilmiş Şıxbabalı kəndqəbiristanlığındadır. Onun məzar daşının qalıqları ötən il aşkaredilsə də, dağıntılar səbəbindən məzar hələ də müəyyən edilməyib.Məhz elə buna görə də digər şəhid məzarlarının yanında onaanım-xatirə məzarı yaradılıb. 1988-ci ildə 16 yaşında ermənilərtərəfindən şəhid edilən Bəxtiyarın cənazəsi ehtiram əlaməti olaraqAğdam şəhərindən doğma kəndinə qədər çiyində aparılmışdı.

Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Məqalədə:
Seçilən
109
6
az.trend.az

8Mənbələr