AZ

Danimarka Ukraynaya 25-ci yardım paketini təqdim edəcək

Danimarka Ukraynaya hava hücumundan müdafiə üçün 970 milyon dollar yardım paketi verəcək

Danimarka Ukraynaya 970 milyon dollar həcmində olan yardım paketi ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen mətbuata açıqlama verib.

Nazirin sözlərinə görə, Danimarka 2025-2027-ci illər ərzində Ukraynaya hava hücumundan müdafiə və artilleriya silahları alınması, həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinin dəstəklənməsi üçün 6,7 milyard Danimarka kronu (970 milyon dollar) dəyərində 25-ci yardım paketini təqdim edəcək.

"Bu 25-ci yardım paketi ilə biz Ukraynaya həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə dəstəyimizi vurğulayırıq", - deyə nazir bildirib.

 

phrase_var_article.chosen
113
operativmedia.az

1phrase_var_article.sources