AZ

Attestasiyanın nəticələri: peşəkar müəllim və keyfiyyətli mədəniyyət təhsili sistemi

Bakı. Trend:

Attestasiya prosesində əldə olunan nəticələr musiqi vəincəsənət təhsilinin inkişafı baxımından önəmli müsbət göstəricilərortaya çıxarıb.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyiməlumat yayıb.

Bildirilib ki, attestasiya zamanı uyğun qiymətlərləkeçən müəllimlərin böyük əksəriyyəti yüksək peşəkar səviyyədəqiymətləndirilib, bu da musiqi və incəsənət məktəblərimizdə çalışanyüksək potensiala sahib müəllimlərin olduğunu göstərir:

"Attestasiyada uğur qazanmış müəllimlər arasında Bakışəhəri üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və RəşidBehbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi kimi məktəblərinmüəllimləri xüsusilə yaxşı nəticələr əldə ediblər. Bu məktəblərdəçalışan müəllimlərin böyük əksəriyyəti attestasiya prosesini uğurlabaşa vurub, bu da həmin təhsil müəssisələrinin keyfiyyətli təhsilverdiyini göstərir.

Yaşı 60-dan yuxarı olan müəllimlərimizin əksəriyyətidə attestasiya prosesində müsbət qiymətləndirilib. Bu, yaşlımüəllimlərimizin təcrübəsinin və müasir pedaqoji yanaşmalarauyğunlaşmalarının təhsildəki mühüm rolunu bir daha sübut edir.

Uğur qazanmayıb, lakin gələcəkdə daha yaxşı nəticələrəldə etmək potensialı olan müəllimlər üçün isə işə qəbulimtahanlarında iştirak etmək hüququ saxlanır. Onlar MİQimtahanlarında daha yüksək nəticə göstərsələr, məktəblərə qayıtmaqimkanı əldə edəcəklər".

"Bundan əlavə, yerli təhsili idarəetmə orqanlarındaxüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar vasitəsilə uğurqazanmayıb, lakin gələcəkdə inkişaf edəcək müəllimlərə dəstəkveriləcək, sosial statusları mərhələli şəkildə qiymətləndiriləcəkvə alternativ iş yerlərinə yönləndiriləcəklər.

Bu müsbət nəticələr, Azərbaycan təhsilinin daha dainkişafı üçün atılan mühüm addımları göstərir və gələcəkdə dahakeyfiyyətli təhsil təminatı baxımından əhəmiyyətli irəliləyişlərəyol açacaq",- deyə məlumatda qeyd edilib.

Qeyd edilib ki, attestasiya zamanı 650 nəfər, başqasözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə - 5 komissiyaüzvünün hər birinin müsbət qiyməti ilə attestasiya prosesindənuğurla keçib:

"Attestasiya prosesinin ilk mərhələsində iştirak edən 47məktəbdən 15 məktəbin müəllimlərinin 90%-dən çoxu attestasiyanıuğurla başa vurub. Son illər ərzində müəllimlərin işə qəbulumüsabiqəsində iştirak edərək işə qəbul olan müəllimlərin hamısıattestasiyadan uğurla keçib. Attestasiya prosesi tam videomüşahidəilə şəffaf şəkildə keçirilib, iştirakçı müəllimlərin cavabları tamarxivləşdirilib. 492 müəllim attestasiya komissiyalarınınqiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesabedilməmişdir. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinintəsir dairəsinə düşdüyünə görə, əmək müqavilələrinə xitamverilməyəcək. Yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdənəziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklifolunacaq. Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyəuyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyənmüddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasənəvvəlki iş yerlərinə qəbul edilə biləcəklər".

"Attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşınəticələr əldə etmək potensialı olan müəllimlərin (təxminən 300nəfər) işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır.Onlar MİQ imtahanlarında yüksək nəticə göstərməklə məktəblərəqayıtmaq imkanı əldə edəcəklər. Yerli mədəniyyət idarələrində (Bakıvə Abşeron-Xızı regionu üzrə) xüsusi komissiyalar vasitəsilə 2lehinə, 3 əleyhinə səslə qiymətləndirilən müəllimlərlə işaparılacaq, eləcə də yaşı 60-dan yuxarı olan, habelə bir sıra ağırxəstəliklərdən əziyyət çəkən təhsilverənlərə alternativ işimkanları yaradılacaq", - deyə əlavə edilib.

Seçilən
37
9
az.trend.az

10Mənbələr