“ABŞ hərbi xərclərini ÜDM-in 5%-nə qədər artırmağa məcbur olacaq”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə alyansa üzv olan hər ölkədən hərbi xərcləri ÜDM-in 5%-nə çatdırmağı öhdəsinə götürməyi tələb etmək niyyətindədir. Bu, ABŞ-a da şamil olunacaq.
“Birləşmiş Ştatlar hər bir NATO üzvünün xərclərini ÜDM-in 5%-nə qədər artırmaq öhdəliyi götürməsini tələb edir. Biz görüşü Birləşmiş Ştatlar da daxil olmaqla, hər bir alyans üzvünün bunu yerinə yetirəcəyi anlayışı ilə tərk etmək istərdik”, – Rubio vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az