AZ

Aİ-nin xüsusi nümayəndəsi: Bakı və İrəvan arasında sazişin imzalanması regionda sabitliyə gətirib çıxaracaq

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onlar Cənubi Qafqaz regionundakı vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin mətninin razılaşdırılmasının vacibliyini qeyd edib.

Seçilən
16
report.az

1Mənbələr