AZ

Ermənistan Konstitusiyasının yeni mətni üzərində iş artıq gedir - Nazir

Bakı. Trend:

Ermənistan Konstitusiyasının yeni mətni üzərində iş artıqgedir.

Trend erməniKİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Ədliyyənaziri Srbui Qalyan jurnalistlərə açıqlamasında deyib.

"Konstitusiyanın yeni mətni üzərində iş gedir. Bu, təxminən 8-10ay çəkəcək", - o bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı hər hansı detalaçıqlana bilməz.

"Amma yeni Konstitusiyanın mətni uzun müddət gizli qala bilməz.Bir gün ictimaiyyətə açıqlanacaq və onun hər bir məqamı, normalarıictimaiyyətlə müzakirə olunacaq", - o bildirib.

Məqalədə:
Seçilən
170
2
az.trend.az

3Mənbələr