Rusiya Federasiyası Milli Qvardiyasının zabitləri xüsusi hərbi əməliyyat (Ukraynada aparılan müharibə - red.) zonasında qanun pozucularını saxlamaq üçün məqsədyönlü tədbirlər həyata keçirir, mütəmadi olaraq texnikalara baxılır, sənədlər yoxlanılır.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Milli Qvardiyasının mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
Son bir ayda Zaporojye və Xerson vilayətlərində Milli Qvardiyanın əməkdaşları müxtəlif cinayət və inzibati xətalara görə 480-dən çox mülki şəxsi saxlayıblar. Təhlükəsizlik qüvvələri çoxlu sayda müxtəlif silah və sursat ələ keçiriblər. Xüsusilə, aviabomba, 490 artilleriya və tank mərmisi, 50-dən çox mina və 30 kiloqramdan çox partlayıcı maddə götürülüb.
Departament əməkdaşlarının fikrincə, bütün bunlar Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə oluna bilərdi.
Bəxtiyar CƏFƏRLİ