Bakı, 3 aprel, AZƏRTAC
Yunanıstanın Lesbos adası yaxınlığında qaçqın və miqrantları daşıyan gəminin batması nəticəsində azı yeddi nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, 23 nəfər xilas edilib. Hazırda həm quruda, həm də dənizdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.
Qayıqda neçə nəfərin olduğu barədə məlumat hələ verilməyib.
Axtarış-xilasetmə missiyasına Yunanıstan sahil mühafizəsinin üç patrul gəmisi və digər yardımcı texnikalar cəlb olunub.
Yunanıstanın ictimai yayımı olan ERT-nin məlumatına görə, itkin düşənlərin tapılması işinə helikopter də kömək edir.